Tarix dərslərində müasir təlim üsullarının tətbiqi
Şagirdlərə tarixi hadisələri öyrətmək, xronoloji ardıcıllığı əzbərlətmək, mövzulararası əlaqə qurmaq, mühüm tarixi hadisələrin səbəb və nəticələrini müəyyənləşdirmək məqsədilə tarix dərslərində müasir təlim üsullarından istifadə edilir. Şagirdlər səmərəli əks-əlaqə qurur, birgə işləyir, təqdimatlar edir, suallar hazırlayır, öryədici rollu oyunlar qururlar.
Hədəf tarixi bilgiləri artırmaq və şagirdlərdə bu fənnə marağı artırmaqdır.