Valideynlərlə maarifləndirici seminar

     Noyabrın 15-də təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması  məqsədilə Tərbiyə işləri üzrə direktor müavini F. Əliyeva, məktəb psixoloqu S. İsmayılova və UBR K. Muradova tərəfindən  seminar keçirildi. Seminarda ibtidai sinifdə təhsilalan şagirdlərin valideynləri iştirak etdilər.

     İlk öncə valideynlər  “Mənimlə danış ”maarifləndirici sosial çarxa baxdılar. Çarxda cərəyan edən hadisə valideynlərlə müzakirə olundu. Sonra “Uşaqlarda aqressiya və onun korreksiyası “yollarından danışıldı, bullinqlə mübarizənin yolları birgə araşdırıldı. Aqqressiyanın növlərindən (verbal, emossional, fiziki, neqativizim və c.) məlumat verildi, səbəbləri ətraflı müzakirə olundu və sosial şəbəkələrin ,internet oyunlarının aqressiyaya yol açdığı nəzərdən keçirildi. Söylənildi ki, aqressiv davranış  bullinqə aparan  əsas faktordur.   

      Seminarda bir daha məktəbdə sağlam mənəvi-psixoloji mühitin sabit saxlanılmasında, təhsilalanların sosial bacarıqlarının artırılmasında valideynlərin rolu önə çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi