"Mənim bayrağım -- mənim and yerim!"

01-08.2014-cü il tarixində məktəb liseydə "Dövlət günü"ilə əlaqədar olaraq tədbirlər planı hazırlanıb həyata keçirilmişdir. Bütün siniflərdə ilk dərslər "Azərbaycan bayrağı" mövzusunda məlumatların verilməsinə, şadirdlərdə dövlət rəmzlərinə, vətənə, millətə hörmət və ehtiram hisslərinin aşılanmasına, və onların mübarizlik ruhunda tərbiyə olunmasına həsr olunmuşdur.III və V siniflərdə "Dövlət bayrağı" mövzusunda nümunəvi açıq dərslər keçirilmişdir.VI siniflərdə "Mənim bayrağım -mənim and yerim" mövzusunda inşa müsabiqəsi keçirilmiş və qaliblər diplomlarla təltif olunmusdur.II-IV siniflərin hazırladığı "Üçrəngli bayrağım" adlı açıqca sərgisi təşkil olunmuşdur.VII_VIII siniflər üzrə rəsm müsabiqəsi keçirilmiş və qaliblərə diplomlar təqdim olunmuşdur.İX lisey sinfinin təqdimatında hazırlanmış "Bir kərə yüksələn bayraq bir daha enməz!" adlı tədbir müəllim və şagird kollektivinin dərin marağına səbəb olmuşdur.Müxtəlif siniflərdən "Bayraq meydanına" və "Bayraq muzeyinə" ekskursiyalar təşkil olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi