Beynəlxalq Sülh Günü

21 Sentyabr-Beynəlxalq Sülh Günündə məktəb-liseydə bir sıra tədbirlər keçirildi. Bu günün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verildi. Qeyd olundu ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib. Söylənildi ki,21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür.

  İbtidai sinif şagirdləri (1d,2ç,3d,4e,4d,4ç sinifləri) maraqlı kompozisiya nümayiş etdirdilər. Balaca fidanlar sülh və onun qorunmasına aid şüarlar səsləndirdilər, şeirlər və mahnılar ifa etdilər,asfalt üzərində şəkillər çəkdilər. “Göyərçinim-sülh quşum” söyləyən şagirdlər quşu açıq səmaya buraxaraq sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması fikrini səsləndirdilər və sülhsevərliyi ilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi