Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub

İyulun 5-də Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 
 

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri və həmçinin məktəb-liseyimizin direktoru Elmar Həşimov, şagird, valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər. 
 Mərasimdə Respublika Fənn Olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızılmedalçıya – “Birincilərin birincisi”nə və bütün qaliblərə diplom, həmçinin mükafatlar təqdim olunub. 

Böyük qürur hissi ilə qeyd edirik ki, Respublika Fənn Olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızılmedalçı – “Birincilərin birincisi” olimpiada qaliblərindən biri də məktəb-liseyimizin 11b sinif şagirdi Vəfa Hüseynzadədir. Bu qürurverici uğur münasibətilə məktəb-liseyimizin rəhbərliyi və pedaqoji kollektivi adından Vəfa Hüseynzadəni təbrik edir və gələcək hayatında ona uğurlar arzulayırıq. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi