Bilik günü

    16 sentyabr 2024- cü il tarixində 246 saylı məktəb -liseydə yeni tədris ilinin başlanması münasibətilə "Bilik Günü " qeyd edildi, ilk dərs saatları bütün siniflərdə " Yaşıl dünya naminə həmrəylik " mövzusuna həsr olundu.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.

Tədbirdə çıxış edən məktəbin direktoru Elmar Həşimov müəllim və şagird heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək ötən tədris ilinin nailiyyətlərdən bəhs edib,eyni zamanda yeni tədris ilində qarşıya qoyulan hədəflərdən söz açıb.

Tədbirdə əziz şəhidimiz Xeyrulla İbrahimovun anası Xavər xanım da vətənpərvərlik ruhunda çıxış edərək şagirdlərə xoş arzularını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi