50 məzun qızıl və gümüş nişana layiq görülüb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 36-sı qızıl, 14-ü gümüş nişana layiq görülüb.

Böyük qürur hissi ilə bildiririk ki, bu məzunlardan biri də məktəb-liseyimizin 11b sinif şagirdi Vəfa Hüseynzadədir. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən Vəfa Hüseynzadə qızıl nişanla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

Bu qürurverici uğur münasibətilə məktəb-liseyimizin rəhbərliyi və pedaqoji kollektivi adından Vəfa Hüseynzadəni təbrik edir və gələcək hayatında ona uğurlar arzulayırıq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi