Möhtəşəm təltif

   03 oktyabr 2024-cü il tarixində  Binəqədi Rayon İcra Hakimiyyətndə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 2023-2024-cü ili əhatə edən tədris dövründə Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində təhsil ilinin yekunlarına və 5 Oktyabr- “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş “Qalib ölkənin qalib gəncləri” adlı təhsil konfransı keçirildi.
     Sevindirici haldır ki, həmin konfransda 246 saylı məktəb-liseyin şagirdləri və hörmətli direktoru Elmar Həşimov  bir sıra uğurlarına görə təltif edildilər.
   Xatırladaq ki, məktəbimizin şagirdi olmuş Vəfa Hüseynova RFO -da iştirak edərək 2021-2022-ci illərdə gümüş, 2022-2023- cü illərdə qızıl, 2023-2024 - cü ildə isə respublika birinciliyini qazanaraq cənab nazir Emin Əmrullayev tərəfindən qızıl medalla təltif olunmuşdur.
   Məktəbimizin 7- ci sinif şagirdi Xəlilzadə Hüseyn Sədiyar oğlu isə RFM-in final turunda informatika fənni üzrə birinci yerin qalib olmuşdur. Şagirdlərimizi və kollektivimizi  təbrik edirik, uğurlarının davamlı olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi