2023-2024-cü tədris ilinin yekunları ilə bağlı Pedaqoji Şura iclası keçirildi

   İyunun 25-də  2023-2024-cü tədris ilinin yekunları ilə bağlı Pedaqoji Şura iclası keçirildi.İclası məktəb liseyin direktoru E.Həşimov  açıq elan etdi. İlk öncə sertifikasiyada uğur qazanan müəllimləri təbrik etdi. Sonra keçirilən monitorinqlərin təhlilinə diqqət çəkdi,ötən illərlə müqayisədə göstəriciləri nəzərə çatdırdı.Buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlər, qizil medal və  fərqlənmə attestatı alacaq şagirdlər barədə məlumat verdi.

    Təlim-tərbiyə işləri üzrə direktor müavinləri B.Sadıqova  və R.Məhərrəmova  2023-2024-cü tədris ilində şagird nailiyyətləri, keyfiyyət göstəriciləri barədə geniş məlumat verdilər.  Məktəbdaxili qiymətləndirmə, böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi.Yay tapşırıqlarının hazırlanması müəllimlərin diqqətinə çatdırıldı.   

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi