246 №-li məktəb-liseydə son zəng tədbiri keçirildi

İyunun 14-də Bakı şəhəri 246 №-li məktəb-liseydə “Son zəng” tədbiri keçirilib.

 

“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 

Daha sonra məktəb-liseyin direktoru Elmar Həşimov məzunları təbrik edib, rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışdı. E.Həşimov məktəb-liseydə ümumilikdə 122 nəfər şagirdin bu il məzun adını qazandığını bildirdi. Həmçinin buraxılış imtahanında 200 baldan yuxarı nəticə göstərən 40 nəfər məzunumuzu Fəxri fərmanla təltif etdi. 11b sinfinin məzunu Hüseynzadə Vəfanı isə bu il biologiya fənni üzrə Respublika Fənn Olimpiadasında yüksək balla 1-ci yerə layiq görülərək qızıl medal ilə təltif olunduğu üçün xüsusi ilə təbrik etdi.

 

Tədbirdə çıxış edənlər buraxılış siniflərinin şagirdlərini təbrik etdi, ölkəmizin yeni cəmiyyət quruculuğunda ən əsas məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılması olduğunu qeyd etdilər. Onlar məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq hər birinə uğurlar arzuladılar.

 

Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdi.

 

“Son zəng” tədbirində Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi, şəhid anası, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi