AMEA Zoologiya İnstitutunun Zooloji muzeyində ekskursiya

    7f  sinif şagirdləri sinif rəhbəri M.Məsimova və biologiya fənn müəllimı  G.Bağırovanın təşkilatçılığı ilə AMEA Zoologiya İnstitutunun Zooloji muzeyində ekskursiyada oldular.
     Bələdçisi şagirdlərə  muzey haqında ətraflı məlumat verdi,eksponatlarla tanış etdi və heyvanlar haqqında geniş informasiya verdi. Şagirdlər ekspozisiya fondunda sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlərin müasir vəziyyəti, onların ekoloji xüsusiyyətləri və qorunması istiqamətində görülən işlərlə yaxından tanış oldular. Həmçinin fiksəedici mayelərdə qurudulmuş və ya preparat halında saxlanılan heyvanlar, bunların müqəvvaları, skeletləri, dəriləri, eləcə də buynuz, sümük və çanaqdan düzəldilən məmulatlar şagirdlərdə  geniş maraq doğurdu.

  Şagirdlər ekskursiyada  müşahidə etdiklərini əyani tədris vasitələrinin köməyilə daha da yaxşı mənimsədilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi