Müəllimlərin sertifikatlaşdırılma imtahanları başa çatıb

İyunun 24-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin sonuncu günü keçirilib. Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilib. İmtahanların üçüncü gününə xarici dil (alman dili, fransız dili, rus dili və ədəbiyyatı və s.), eləcə də Azərbaycan dili (rus bölməsi), ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən təhsilverənlər cəlb olunublar.Test imtahanı mərhələsinin sonuncu günündə məktəb-liseyimizin rus dili fənnini tədris edən müəllimləri iştirak ediblər. Onların hər biri müvafiq keçid balını toplayaraq imtahanın test mərhələsini uğurla başa vurub. Vahidova Sevinc, Qocayeva Aybəniz, Adıgözəlova Pərvanə, Cəfərova Rəna imtahandan 50 bala yaxın bal toplamaqla yüksək nəticə göstəriblər.İmanova Arzu müəllimə isə 54 bal toplayaraq məktəb-lisey üzrə ən yüksək nəticəyə nail olmuşdur.

Müəllimlərimizi təbrik edirik və gələcək pedaqoji fəaıiyyətlərində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi