8 Noyabr - Zəfər Günü münasibəti ilə 246 nömrəli məktəb-liseydə Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

8 Noyabr - Zəfər Günü münasibəti ilə 246 nömrəli məktəb-liseydə Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb-liseyin rəhbər heyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elnur Məmmədov, məktəbimizin məzunu bəstəkar Lalə Şirin, şəhid anaları, qazilər, valideynlər və şagirdlər iştirak etdilər.

               Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Daha sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

               Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Elmar Həşimov 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək hərbiçilərimizin qəhrəmanlığı və cəsarətindən, Ali Baş komandan Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində qazandığımız qələbədən danışdı.

               Daha sonra söz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərova verildi. Hüseyn Əsgərov Zəfər yolunun 1969-cu ildən başlandığını, əsasının Ulu Öndər Heydər Əliyevin qoyduğunu və bu Zəfər yolunu ərsəyə gətirən Ali Baş Komandan İlham Əliyev olduğunu qeyd etdi.

               19 sentyabr 2023-cü ildə baş vermiş 23 saatlıq Anti-terror əməliyyatında qəhrəmancasına həlak olan məktəb – liseyin  məzunu Seymur Mahmudovun müəllimi Fatma Əliyeva, onun haqqında xatirələri tədbir iştirakçıları ilə bölüşərək məktəb-liseyin adından qəhrəmanımız Seymur Mahmudovu heç vaxt unutmayacaqlarını bildirdi. 

                 Bəstəkar Lalə Şirin "Zəfər elegiyası" və "Vətənim" mahnısı ilə tədbiri daha da rəngarəng etdi. 

               Tədbir Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu Yusifova, Mehri Hüseynova, müsiqi müəllimi Natella Ələkbərovanın hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdi. Sonda qonaqlar ilə xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi