“Reproduktiv sağlamlıq” mövzusunda valideynlərlə görüş

    “Reproduktiv sağlamlıq” mövzusunda VIII sinif şagirdlərinin valideynləri ilə  görüş keçirildi. Görüşlərdə  Təşkilatçı müavin F.Əliyeva, psixoloq S.İsmayılova, UBTR K.Muradova, sinif rəhbərləri,fənn müəllimləri iştirak etdilər.

    Görüşdə valideynlərə  insanın tam fiziki, əqli və sosial rifah halı olan reproduktiv sağlamlıq haqqında ətraflı məlumat verildi, bu çərçivədə uşaqlara qarşı mümkün zorakılıq halları və bu kimi xoşagəlməz hallarla bağlı profilaktik tədbirlər ətrafında müzakirələr aparıldı. Söylənildi ki,  reproduktiv sağlamlıq hər bir insan, eyni zamanda, ailə üçün fundamental əhəmiyyət kəsb edir və cəmiyyətin sosial-iqtisadi inkişafının səviyyəsini səciyyələndirir.

    Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşlərdə mövzu ətrafında valideynləri narahat edən məsələlər dinlənildi və suallar cavablandırıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi