"Anım Günü"

27.09.2023-cü il tarixdə 246 nömrəli məktəb-liseydə “Anım Günü”ndə 44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşan və şəhid olan igid oğullarımız dərin ehtiramla yad olundu.

İlk növbədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəb-liseyin direktoru Elmar Həşimov çıxış edərək bildirir ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Məktəb-liseyin tarix müəllimi Cəmilə Hüseynova 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin “Zəfər yolu”na nəzər salaraq Müzəffər Ordumuzun sayəsində işğal altında olan torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunduğunu qeyd etdi.

Şagirdlər “Əsgər marşı”nın sədaları altında siniflərə daxil oldular  və “Anım Günü” ilə bağlı silsilə  tədbirlər məktəb-liseydə davam etdi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi