"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya

“Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində tarixi və mədəniyyət abidələrimizin tanıdılması məqsədilə sinif müəllimi Əskərova Yeganə müəllimənin təşkilatçılığı ilə şagirdlər Azərbaycanın XVII–XVIII əsrlərə aid tarixi abidəsi olan "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya etdilər. 

 

   Şagirdlər həm açıq səmada,həm də qapalı məkanda yaradılmış muzeydə oldular. Bələdçilər məbədin tarixi haqqında ətraflı məlumat verdilər,Qoruğun ərazisində yerləşən eksponatlarla tanış etdilər.

 

    Ekskursiya şagirdlərin böyük marağına səbəb oldu. Şagirdlər doğma torpağımız və onun tarixi keçmişini praktik olaraq öyrəndilər, tarixi abidələrimizi qorumağı, vətənimizin tarixini dərindən öyrənməyin məsuliyyətini bir daha dərk etdilər. 

 

    Zəngin bir məmləkətə sahib olduğumuz üçün şagirdlər qürur hissi ilə ekskursiyadan qayıtdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi