Sağlam yaşamaq hüququ

   Məktəb liseyin akt zalında Təşkilatı işlər üzrə direktor müavini F.Əliyeva,məktəb psixoloqu S.İsmayılova,UBR K.Muradovanın təşkilatçılığı ilə yuxarı sinif şagirdləri ilə sağlam yaşamaq hüququnun təmin edilməsi məqsədilə maarifləndirici təlim  keçirildi.

  Şagirdlərə sağlam qidalanma və sağlam həyat tərzi mövzusunda təqdimat edildi.  Şağlam qidalanmanın balanslı bölünmüş  zülal, karbohidrat, yağ, su, vitaminlər və minerallarla zəngin müxtəlif qida maddələrindən ibarət olduğu qeyd edildi. Sağlam həyat tərzi sürməyin yeniyetmə orqanizmi üçün vacibliyi vurğulandı,sağlam qidalanma ilə yanaşı sağlamlıq üçün fiziki aktivliyin əhəmiyyət kəsb edildiyi söylənildi. Fİziki aktivliyin  davamlı və planlaşdırılmış formada həyata keçiriləməsinin lazımlı olduğu önə çəkildi. Həmçinin zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə  şagirdlər məlumatlandırıldı.

  Uşaq hüquqları, sağlam həyat tərzi, faydalı vərdişlər barədə şagirdlərin fikirləri öyrənildi, onları  maraqlandıran suallar cavablandırdı

  İstedadlı şagirdlərin əl işlərindən ibarət  “Zərərli vərdişlərə yox deyək!” mövzusunda sərgi maraqla qarşılandı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi