Gender bərabərliyi-insan hüquqları

     Mayın 23-də  Tərbiyə işləri üzrə direktor müavini F.Əliyeva,məktəb psixoloqu S.İsmayılova, UBR K.Muradova , Gender Hub Azerbaijan təşkilatı tərəfindən "Müəllimlər gender-əsaslı streotiplərə qarşı " təlim kursu  keçmiş coğrafiya fənn müəllimi K.Mehdiyeva  VIII sinif şagirdləri ilə “Gender bərabərliyi-insan hüquqları” mövzusunda maarifləndirici görüş keçirdilər.

      Görüşdə şagirdlərə mövzu ilə bağlı məlumat verildi,söylənildi ki,gender stereotiplərinə  ,bərabərsizliyə son qoymaqla  bütün qız və qadınların hüquq və imkanlarının genişlənməsinə, hər yerdə onlara  qarşı bütün formalarda ayrı-seçkiliyə, zorakılığa, insan alverinə, cinsi və digər növlərdə istismara son qoyulmasına, erkən və məcburi nikahın aradan qaldırılmasına, hamı üçün reproduktiv sağlamlıq xidmətlərinə çıxış tapmağa nail olmaq olar.

   Sonra şagirdlər qrup işi işlədilər,Qrup  işlərində  məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları, qohumlar arasındakı nikah və onların fəsadları mövzularına toxundular.

    Sonda   stereotipsiz , gender bərabərliyi olan cəmiyyət  yaratmağın aparıçı qüvvələri olan şagirdlər  fikirlərini  posterdə  ümumiləşdirdilər:

  “ Ədalətli və öz huquqlarını bilən Gənc! Birlikdə bullinqə və gender əsaslı streotiplərə qalib gələk.Bütün streotipləri qıraq,ən əsası hüquqlarımızı,vicdanımızı və ədalətimizi qoruyaq!”           

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi