Kiçik Akademiyanın təşkilatçılığı ilə Fizika və Coğrafiya bölmələrinin birgə təqdimatı oldu

17.05.2023 -il tarixdə 246 nömrəli məktəb - liseydə Kiçik Akademiyanın təşkilatçılığı ilə Fizika və Coğrafiya bölmələrinin birgə təqdimatı oldu. Təqdimatda Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Fizika üzrə fəlsəfə doktoru böyük elmi işçi Behbud İbrahimov, doktorant Əli Məmmədov, Coğrafiya İnstitutu Gənc alim və mütəxəssislər şurasının sədri Aminə Muradova, üzv Nazim Gəraylı qonaq olaraq iştirak etdilər.

Kiçik Akademiyanın fəal üzvlərinin “Daxili Enerjinin Dəyişmə Üsulları” , “İnsan Orqanizmində Elektrik Cərəyanının Təsiri” , “Səs Dalğaları” , “Alternativ Enerji” , “Qlobal İstiləşmə” , “Aral gölü” , “Şirin Su Problemi” mövzusunda elmi populyar məruzələri və maraqlı təcrübələri Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri tərəfindən yüksək qiymətləndirildi. Onlar elm və təhsilin vəhdəti baxımından bu cür tədbirlərin keçirilməsini məqsədəuyğun hesab etdilər. Elmə həvəsi olan şagirdlərə hər zaman dəstək olacaqlarını vurğuladılar.

Təqdimatın sonunda 246 nömrəli məktəb - liseyin direktoru Elmar Həşimov təqdimatı yüksək səviyyədə dəyərləndirdi. O elm və təhsilin inteqrasiyasına töhfə vermək, istedadlı gəncləri elmə həvəsləndirmək məqsədi ilə davamlı olaraq daha çox tədbir keçiriləcəyini deyərək gələn qonaqlara təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi