Erkən nigahın fəsadları

   Mayın 17-də Tərbiyə işləri üzrə direktor müavini F.Əliyeva,məktəb psixoloqu S.İsmayılova, UBR K.Muradova,biologiya fənn müəllimi Ü.Mustafayeva, Gender Hub Azerbaijan təşkilatı tərəfindən "Müəllimlər gender-əsaslı streotiplərə qarşı " təlim kursu  keçmiş coğrafiya fənn müəllimi K.Mehdiyeva  VIII sinif şagirdləri ilə reproduktiv sağlamlıq,sağlam həyat tərzinin təbliği,erkən nikahın fəsadları haqqında maarifləndirici görüş keçirdilər.

   Görüşdə söylənildi ki, ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur. Yetkinlik yaşına çatmadan qeyri-qanuni şəkildə nigaha cəlb edilənlər zorakılığa məruz qalırlar,elə kiçik yaşlarından təhsildən yayındırılırlar.

        Görüşdə  erkən  nigahın yaratdığı   fizioloji, psixoloji cəhətlərə də toxunuldu, yaratdığı fəsadlardan danışıldı, sosial şəbəkələrdən kortəbii istifadənin fəsadları önə çəkildi.

   Daha sonra mövzu ətrafında  müzakirələr aparıldı , streotiplərə toxunuldu və  şagirdləri maraqlandıran suallara cavab verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi