Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili

Mayın 2-də tarix fənn müəllimlərinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirildi.

  Konfransda iştirak edən məktəb rəhbərliyi və şagirdlər Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

  Konfrans Ulu öndər Heydər Əliyevin “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” sözləri ilə başladı. Sonra Ü.Hüseynova "H.Əliyevin gənclərin vətənpərvərlik,milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyəsi istiqamətində çağırışları",F.Mehdiyeva "H.Əliyev Azərbaycan ordusunun qurucusudur”,C.Hüseynova "H.Əliyev və Azərbaycan dilinin inkişafı”,Ü.Ağalarova "Ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində H.Əliyevin rolu”, T.Quliyev "H.Əliyev və Azərbaycançılıq məfkurəsinin milli ideologiya səviyyəsinə yüksəldilməsi” mövzusunda cıxış etdilər.

 Sonda məktəb liseyin direktoru E.Həşimov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğundan, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsindəki xidmətlərindən, təhsil sferasının formalaşdırılması və inkişaf etdirilməsində böyük əməyindən, hər zaman diqqət və qayğı ilə yanaşmasından və milli-mənəvi dəyərlərimizin dirçəldilməsinə verdiyi töhfələrdən danışdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi