Əbədiyaşar lider

  “Təhsil millətin gələcəyidir!”  söyləyən dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü  2d sinif şagirdləri ehtiramla yad  etdilər.  Sinif müəllimi Reyhan Qarayeva Ulu Öndərin  keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə şagirdlərə geniş məlumat  verdi. Söylədi ki, Heydər Əliyev  Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində  Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu  30 illik torpaq həsrətimizə son qoydu,vətənimiz bütövlüyünə qovuşdu.

 

   Xüsusi dərsdə Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən videoçarxlar nümayiş olundu. 

 

    Sinif otağında  təşkil olunan fotostend önündə şagirdlər  Ulu Öndərə həsr olunan şeirlər söylədilər,mahnılar ifa etdilər.

 

   Sonra məktəbin həyətyanı sahəsində güləkmə  aksiyası keçirildi.Yaşıllıq sahələrinin azalmasından  yarana  biləcək  təhlükənin  qarşısını almaq üçün  güləkmə aksiyasının  ətraf mühitin mühafizəsinə töhfə olduğu şagirdlərə aşı

landı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi