Azərbaycanın sönməz günəşi

Mayın 8-də  Azərbaycan xalqının Ümummilli Lideri,uzaqgörən siyasətçi,müasir,müstəqil Azərbaycan dövlətinin memarı H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş  “Azərbaycanın sönməz günəşi” adlı tədbir keçirildi.

   İlk öncə  Ulu Öndər Heydər Əliyev və vətənin azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi.

    Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, Binəqədi Rayon İcra Hakimiyyətinin,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin səlahiyyətli nümayəndələri,məktəb rəhbərliyi ,şagirdlər  iştirak etdilər.

     Tədbiri giriş sözü ilə açan məktəb liseyin  direktoru Elmar Həşimov Ulu Öndərin xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında qısaca məlumat verdi,qonaqları təqdim etdi.

   Tədbirdə dahi siyasətçi H.Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs olundu,öz çıxışlarından ibarət videoçarxlar nümayiş etdirildi.Ulu Öndərin xatirəsinə həsr olunmuş bədii kompozisiyalar nümayiş olundu.Şagirdlərin təqdimatında dahi rəhbərə həsr olunmuş şeirlər, mahnılar səsləndirildi.Rəngarəng rəqslər təqdim edildi.H.Əliyevin  ən sevdiyi əsər olan C.Məmmədqulizadənin “Ölülər” tragikomediyasından səhnəcik nümayiş etdirildi.

    Tədbirdə çıxış edən qonaqlar   müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, zəngin və çoxşaxəli tükənməz  irsindən  danışdılar.

   Sonda tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Mehriban iştirak edən qonaqlara və  çıxışlarına görə şagirdlərinə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi