7-dən 17-yə vətənpərvər!

   2003-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə"Hərbi xidmətlərə görə" medalı ilə təltif  edərkən “gələcəyin Əliağa Şıxlınıskisisən” adlandıran Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının zabiti, həm I Qarabağ müharibəsinin qazisi, həm də II Vətən müharibəsinin iştirakçısı, 4-cü Ordu Korpusunun Artilleriya komandiri  Xeyrulla İbrahimovun doğum günü məktəb liseydə ehtiramla yad olundu.

   Sinif müəllimi R.Məhərrəmovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəb rəhbərliyi,şagirdlər, şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun doğmaları iştirak etdilər.

   Tədbirdə öncə Dövlət Himni səsləndirildi,sonra  Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

   Şəhidin adını daşıyan  4c  sinif şagirdlərinin hazırladığı  kompozisiya ilə cıxış etdilər. Şagirdlər  II Qarabağ müharibəsində  ölümü ilə dastan yazan, "Kobra" ləqəbli qəhrəman şəhidimiz polkovnik-leytenant Xeyrulla İbrahimovun keçdiyi döyüş  yoluna nəzər saldılar,söylədilər ki, I Qarabağ döyüşlərində Laçın, Zəngilan, Tərtər, Füzuli və Qubadlının müdafiəsi uğrunda döyüş yolu keçmiş polkovnik-leytenant  II Vətən müharibəsi başlayanda yenə kənarda qala bilmədi, bu dəfə də könüllü olaraq cəbhəyə yollandı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Xocavəndin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəman kimi iştirak etdi,oğlunun doğum günündə şəhadətə yüksəldi.

   Tədbirdə şəhidin həyatından epizodlar səhnələşdirildi,ömür yolundan  bəhs edən video-çarxlar nümayiş olundu, şəhidlərimizə, vətənə, qələbəyə həsr olunan şeirlər səsləndirildi, hərbi yürüşlər oldu.

     Anım mərasimində iştirak edən məktəbimizin riyaziyyat müəllimi  X.Zeynalova  cıxışında  bacısı oğlu Xeyrulla İbrahimovun  həyat yolundan  fəxrlə danışdı,Vətən uğrunda canını fəda edən şəhidlərin  şərəfli ömür yolunun gələcək nəsillərə  örnək olduğunu söylədi , göstərilən diqqətə görə məktəb rəhbərliyinə və cıxışlarında qəhərlərini gizlədə bilməyən  şagirdlərə təşəkkürünü bildirdi.

    Sonda məktəb liseyin direktoru E.Həşimov  cıxış edərək  möhtəşəm qələbənin  əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlara sahib  qəhrəman Azərbaycan ordusunun  mühüm pay sahibi olduğunu  diqqətə çatdırdı.Söylədi ki, Ulu Öndər H.Əliyevin  zəngin dövlətçilik siyasəti ,Ali Baş Komandan  İ.Əliyevin rəhbərliyi, hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən ordunun, Azərbaycan xalqının əzmi və iradəsinin, xalq-iqtidar birliyinin sayəsində  şanlı qəhrəmanlıq salnaməsi yazıldı,  qalib xalq olduğümuz  bütün dünyaya sübut olundu və düşmən üzərində tarixi zəfər qazanıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi