Kiçik Akademiyanın növbəti təqdimatı

26.04.2023-ci il tarixdə 246 nömrəli məktəb - liseydə Kiçik Akademiyanın təşkilatçılığı ilə Kimya bölməsinin təqdimatı oldu . Təqdimatda Azərbaycan Milli Elmlər Akademiyası Kataliz və Qeyri-üzvi Kimya institutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Nigar İbrahimova, Kimya prosesi institutunun elmi işçisi, doktorant Ülviyyə Qurbanova və Bakı məktəblərindən 100, 157, 248 nömrəli məktəblərin KA prezidentləri qonaq olaraq iştirak edirdilər.

Kiçik Akademiyanın fəal üzvlərinin Turşulu yağışlar, Yod, Plastik tullantılar, Su hövzələrinin çirklənməsi, Tullantıların yenidən emalı mövzusunda təqdimatları dinlənildi. Şagirdlər təcrübələr göstərdilər.

Təqdimatın sonunda qonaqlar şagirdlərə öz rəy və təkliflərini bildirərək gələcək işlərində uğurlar arzuladılar. 246 nömrəli məktəb - liseyin direktoru Elmar Həşimov təqdimatı yüksək səviyyədə dəyərləndirərək şagirdlərə tövsiyyələr verdi və qonaqlara xüsusi təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi