Şəhidlər ölməz, Vətən bölünməz!

14.04.2023-cü il tarixdə məktəb-liseydə Kiçik Akademiyanın rəhbəri S.Qaffarovanın təşkilatçılığı ilə şəhid Orxan Qəhrəmanova həsr edilən "Şəhidlər ölməz, Vətən bölünməz!" adlı təbdir keçirildi. Tədbirdə vətən uğrunda canlarını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Şəhidin anası Arzu Qəhrəmanova, digər şəhidlərin anaları: İsmayılzadə Miranə, Rəfiyeva Səyyarə, Eyvazova Mətanət, Əliyeva Məlahət, Məhəmmədova Nəzakət, Səmədova Samirə, ADU-nun dosenti Yeganə Qəhrəmanova da iştirak etdilər. Şagirdlər şəhidlərimizin keçdiyi həyat yolu barədə çıxış etdilər, şeirlər söylədilər, vətənpərvərlik mahnıları ifa etdilər. Məktəbimizin informatika müəllimi Mehdi Mehdizadənin şəhid Orxan Qəhrəmanovun adına verilmiş sinif otağından hazırladığı videoçarx nümayiş etdirildi. Şəhid anaları şagirdlərə vətən uğrunda canını verən igidlərimiz haqqında, onların arzuları, qəhrəmanlıqları və təhsilləri barədə geniş məlumat verdilər. 

    Sonda məktəb-liseyin direktoru Elmar Həşimov şəhidlik məqamının ən yüksək zirvə olduğunu xüsusi vurğuladı və şagirdlərə vətənlə, vətənpərvərliklə, təhsillə bağlı tövsiyyələr verdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi