Vətəni qorumaq peşəsi ən şərəfli peşədir

IX sinifdə təhsil alan şagirdlərə C.Naxçıvanski adına hərbi məktəbə qəbul qaydaları haqqında  ətraflı məlumat verildi.

   Hərbi rəhbər R.Şamidov  hərbi  peşənin  müqəddəsliyindən,şərəf və məsuliyyətindən danışdı.

Söylədi ki,hər kəs öz seçdiyi peşəsi ilə Vətənə xidmət edir. Lakin bütün peşələrin fövqündə dayanan bir peşə var ki, bu, Vətəni qorumaq peşəsidir.

     Sonra şagirdlərə C.Naxçıvanski adına hərbi məktəbə qəbul qaydaları haqqında  ətraflı məlumat verildi. Məktəbin  məişət şəraitindən, təhsilindən, şagirdlərin  sosial təminatından  danışıldı. Məktəb haqqında  videoçarx nümayiş etdirildi.

     Sonda ordumuzun memarı və qurucusu ulu öndər Heydər Əliyevin  müdrik kəlamı şagirdlərin diqqətinə catdırıldı:“Müstəqil Azərbaycanda hər peşə şərəflidir, ancaq Vətəni qorumaq peşəsi ən şərəfli peşədir”.    

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi