Qələbəyə gedən yol

     Aprel döyüşlərində ordumuzun rəşadəti 3 d  sinfində ehtiramla anıldı. Sinif müəllimi R.Qarayeva söylədi ki,Aprel döyüşləri  44 günlük II Qarabağ müharibəsinin başlanğıcı oldu. Böyük əzmkarlıqla düşmənə qarşı mübarizə aparan və ərazi bütövlüyümüz uğrunda canından keçən aprel şəhidlərimiz gənc nəsillər üçün  əsl qəhrəmanlıq nümunəsi sərgilədilər. Həmin gənc nəsil 2020-ci ildə, 44 günlük Vətən müharibəsində düşməni məhv edərək tarix yazdılar, Aprel döyüşlərində başlanan əməliyyatı uğurla sona çatdırdılar.Söylədi ki,44 günlük Vətən müharibəsində Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın da qisası alındı.

    Təqdimatda  Aprel döyüşlərində şəhid olmuş qəhrəman vətən oğullarının həyat və döyüş yollarına nəzər salındı.  

     Şagirdlər Aprel şəhidi Mahir Quliyev adına 4d sinfinin qarşısında vurulan xatirə lövhəsi önündə dayanaraq şəhidin xatirəsini ehtiramla yad etdilər və vətənpərvərlik ruhunda şeirlər söylədilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi