Narkomaniyaya qarşı mübarizə və zərərləi vərdişlərdən qorunma yolları

     Yeniyetmələrin maarifləndirilməsi, mənəvi-əxlaqi tərbiyəsi, onlar arasında , narkomaniyanın və digər zərərli vərdişlərin aradan qaldırılması məqsədilə IX-X-XI sinif şagirdləri ilə “Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları”mövzusunda tədbir  keçirildi.

  Təşkilatı işlər üzrə direktor müavini,məktəb psixoloqu və UBR tərəfindən keçirilən maarifləndirici tədbirdə  “Əsrin bəlası” sayılan narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsir, onun törətdiyi ağır fəsadlar haqqında yeniyetmələrə məlumat verildi. Söylənildi ki,narkomaniya bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biridir,cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilmişdir. Narkomaniya və digər zərərli vərdişlərdən uzaq olmaqla  gənc nəsl  savadlı, sağlam,vətənpərvər ruhda böyüyür,cəmiyyətə  fayda verir. Vurğulandı ki, narkomaniya ilə mübarizə  cəmiyyətin,  xalqın,  hər bir şəxsin fərdi və birgə fəaliyyəti , barışmaz münasibəti  və əməli köməyi ilə mümükündür.

     Tədbirlərdə narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair videoçarxlar nümayiş olundu. Şagirdləri maraqlandıran suallar cavablandırıldı,  müzakirələr aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi