"Xoş gəlmisən,Novruzum!"

    "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində məktəb-liseydə "Xoş gəlmisən, Novruzum" adlı ədəbi bədii komposiziya keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətnin səlahiyyətli nümayəndələri və məktəb direktorları iştirak etdilər. 

    Tədbir öz rəngarəngliyi, maraqlı süjetləri, şagirdlərin xaricdən gələn qonaqlara Novruz  adət-ənənələrimiz, milli dəyərlərimiz, Novruzun tarixi kökləri haqqında ingilis dilində məlumat verməsi qonaqlar tərəfindən rəğbətlə qarşılandı. Milli rəqslər, Novruza aid şeirlər, mahnılar, kosa və keçəlin səhnəciyi tədbiri daha da maraqlı etdi. 

    Sonda qonaqlar çıxış edərək, tədbir haqqında öz fikir və rəylərini bildirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi