XI sinif şagirdləri ilə görüş

     Fevralın 28-də  XI sinif şagirdləri ilə görüş keçirildi. Görüşdə məktəb liseyin direktoru E.Həşimov,Təşkilatı işlər üzrə direktor müavini F.Əliyeva,məktəb psixoloqu S.İsmayılova və UBR K.Muradova iştirak etdi.Göruşdə DİM tərəfindən martın 5-də   keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərimizə psixoloji dəstək verildi. İmtahanqabağı stressin, depressiya və yorğunluğun şagirdlərin üzləşdiyi əsas problemlərdən olunduğu vurğulandı. İmtahan həyəcanının orqanizmdə yaratdığı psixoloji və fizioloji əlamətlərə toxunuldu,şagirdlərlə “imtahan" adlı səyahətə cıxıldı.İmtahan həyacanı zamanı  istifadə olunan psixoloji texnikalar təqdim olundu.

     Məktəb liseyin direktoru E.Həşimov şagirdlərə  imtahana buraxılış vərəqini təqdim etdi və uğurlar arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi