Kiçik Akademiyanın təşkilatçılığı ilə Riyaziyyat bölməsinin təqdimatı oldu

22.02.2023-cü il tarixində Kiçik Akademiyanın təşkilatçılığı ilə Riyaziyyat bölməsinin təqdimatı oldu. Təqdimatda Riyaziyyat və Mexanika İnsitutunun Gənc alim və mütəxəssislər şurasının sədri mexanika üzrə fəlsəfə doktoru Pərviz Müseyibli , Aida Əsgərova , Elmi katib Aytən Mövsümova , üzvlər Yetər Fərhadova , Aişən Məmmədova , həmçinin Bakı məktəblərindən 143, 115, 276 nömrəli məktəblərin KA prezidentləri iştirak edirdilər. Kiçik Akademiyanın fəal üzvləri təqdimatda “Qızıl Nisbət”, “Kub tənliklər üçün Viyet teoremi”, “Rəqəmlərin sirri”, “Ərəb rəqəmləri”, “Bölünmə əlamətləri” mövzularında çıxış etdilər. Təqdimatın sonunda qonaqlar şagirdlərə öz rəy və təkliflərini bildirərək şagirdləri Fəxri Fərmanla təltif etdilər. 246 nömrəli məktəbin direktoru E. Həşimov şagirdlərə öz tövsiyələrini verərək tədbir iştirakçılarına da təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi