" Qurbanəli bəy" hekayəsinin müzakirəsi

8 a sinif şagirdləri C. Məmmədquluzadənin " Qurbanəli bəy" hekayəsinin müzakirəsini keçirdilər. Əvvəlcə yazıçının yaşayıb yaratdığı dövrün ədəbi, ictimai - siyasi vəziyyəti haqqında təqdimatlar edildi. Sonra hekayənin mövzusu, məzmunu, süjet xətti , ideyası və s. barədə geniş təhlil aparıldı. Əsərdəki obrazlar səciyyələndirildi. Hekayənin daha oxunaqlı olması üçün bədii ifadə və təsvir vasitələrindən yazıçının uğurlu istifadəsi qeyd olundu. Şagirdlər hekayədən seçdikləri bəzi epizodları kiçik səhnəciklərlə nümayiş etdirdilər. Sonda Azərbaycan dili və ədəbiyyat müəllimi Əhmədli Səadət " Qurbanəli bəy" hekayəsinin bu gün də aktual olduğunu vurğuladı. Yaltaqlıq, qorxaqlıq, ikiüzlülük kimi mənfi keyfiyyətlərdən uzaq durmağı şagirdlərinə tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi