Xocalı soyqırımı ilə bağlı xüsusi dərslər keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Xocalı soyqırımı ilə bağlı tədbirlər planına əsasən tarix fənn müəllimləri və uşaq birliyi rəhbəri tərəfindən V - IX siniflər üzrə " Tarixin soyqırımı zəncirində Xocalı faciəsi" , X - XI siniflərdə "Xocalı Soyqırımı insan hüquqlarının pozulması prizmasından" adlı dərslər keçirildi.

Dərslərdə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Təlimata uyğun olaraq Xocalı soyqırımı haqqında ətraflı məlumat verildi, şagirdlərin təqdimat və qrup işlərində Vətənə məhəbbət duyğuları nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi