Xocalı faciəsinə dair "dəyirmi masa" keçirildi

Məktəbimizin 8a sinif şagirdləri Azərbaycan dili və ədəbiyyatı müəllimi Əhmədli Səadətin təşkilatçılığı ilə Xocalı faciəsinə dair " dəyirmi masa" keçirdilər. Xocalı qurbanlarını bir dəqiqəlik sükutla yad etdikdən sonra faciə haqqında təqdimatlarla çıxış etdilər. Vətən, torpaq haqqında şeir və bayatılar söylədilər.

 Sonda bu cinayətin cəzasız qalmadığını, 44 günlük müharibədə Şanlı ordumuz və Ali Baş Komandanımız sayəsində qalib ölkə olduğumuzu vurğuladılar. Böyük fəxrlə bu şüarı səsləndirdilər: " Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! "

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi