Tarixin soyqırımı zəncirində Xocalı faciəsi

     Fevralın 23-də 6f sinfində  sinif rəhbəri M.Məsimova  tərəfindən   “Tarixin soyqırımı zəncirində Xocalı faciəsi” mövzusunda xüsusi dərs keçirildi.

   İlk öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.  Sonra M.Məsimova təlimata uyğun olaraq  dünya tarixində müxtəlif dövlərdə bir çox xalqlara qarşı  törədilən genosidlər  haqqında şagirdlərə məlumat verdi.  Şagirdlərin fikirləri  dinlənildikdən  və ümumiləşdirildikdən sonra Xocalı soyqırımı haqqında məlumat verdi. Xocalı faciəsinin tarixindən danışdı.  Söylədi ki,Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150 nəfərinin taleyi indiyə kimi məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib.

  Şagirdlər   Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa qarşı misli görünməmiş vəhşilikləri hazırladıqları slaydda ,söylədikləri  şeirlərdə təqdim etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi