Xocalı soyqırımı: "Xalqa qarşı zorakılıq" adlı açıq dərs keçirildi

23.02. 2023-cü il tarixdə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar olaraq 246 nömrəli məktəbin ibtidai sinif müəllimi Qarayeva Reyhanın rəhbərliyi ilə 2d Sağlam Təhsil sinfində Xocalı soyqırımı: "Xalqa qarşı zorakılıq"adlı açıq dərs keçirildi. Dərsdə şagirdlərə Xocalıda törədilmiş soyqırımdan, xalqımıza qarşı törədilən cinayətlərdən söhbət açıldı, görüntülər göstərildi. Qeyd olundu ki, Azərbaycan xalqı onun qan yaddaşında silinməz iz qoyan Xocalı soyqırımını hər il olduğu kimi bu il də qeyd edir, həlak olanların əziz xatirəsini dərin ehtiramla yad edir. Tariximizi, qan yaddaşımızı unutmamalıyıq. İnsanlara və insanlığa qarşı törədilmiş cinayətlərə susmamalı, bu barədə danışmaq çətin olsa da Xocalı həqiqətlərin üzə çıxmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı qurbanlarının, şəhidlərimizin qisası alındı, işğal olunmuş torpaqlarımız işğaldan azad edildi.

 Şagirdlər Xocalıya aid şeirlər söylədilər, video görüntülərə baxdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi