Ana dili - milli mənəvi sərvətimizdir

21 fevral 246 nömrəli məktəb - liseyin Ədəbiyyat və Azərbaycan dili müəlliməsi Yusifova Arzunun rəhbərliyi ilə akt zalında " Ana dilim - milli mənəvi sərvətimizdir" adlı ədəbi - bədii gecə keçirildi. Tədbirdə şagirdlərin ifasında şeirlər, mahnılar , Azərbaycanda yaşayan azsaylı xalqlara məxsus rəqslər və onların öz dillərində nəğmələr və təbriklər eşidildi.

  Tədbirdə Ana dili ilə bağlı böyük mütəfəkkir və yazıçıların, tanınmış dilçilərin eyni zamanda " Mən ana dilimi , heç bir dilə dəyişmərəm, Ana dili - bizim milli-mənəvi sərvətimizdir " deyən Ulu öndər Heydər Əliyevin də fikirləri səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi