21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq tədbir keçirildi

21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq 246 nömrəli məktəbin ibtidai sinif müəllimi Qarayeva Reyhanın rəhbərliyi ilə 2d Sağlam Təhsil sinfində tədbir keçirildi. Tədbirlərdə şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açıldı. Qeyd olundu ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır.

Bundan əlavə, şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi