Elenor Porterin "Polyanna" əsərinin müzakirəsi

16.02.2023 tarixdə 246 saylı-məktəb liseyin 5 “d” sinif şagirdləri Eleanor Porterin “Polyanna” əsərinin müzakirəsini keçirdilər.

Amerikalı uşaq yazıçısı Eleanor Porter kiçik yaşlarında müğənni olmağı arzulayırmış. Boston konservatoriyasını bitirdikdən sonra konsertlərdə müvəffəqiyyətlə iştirak etmiş və demək olar ki, uşaqlıq arzusuna çatmışdı. Amma 1892-ci ildən özünü ədəbiyyat sahəsində sınamağa başlayır və qısa hekayələr dərc etdirir. O, burada da uğur qazanır. Nəhayət, 1913-cü ildə yazıçının dünyada şöhrət qazanmasına səbəb olan “Polyanna” əsəri işıq üzü görür. Bu bütün qızların sevimli qəhrəmanına çevriləcək on bir yaşlı yetim qızcığazın hekayəti idi. Roman çap olunduqdan sonra bu qəhrəmanı ən nikbin ədəbi personaj adlandırdılar. Hətta psixologiyada “Polyanna sindromu” deyilən anlayış meydana gəldi. 

5”d” şagirdləri də Polyanna obrazı ilə tanış olduqdan sonra , bu obrazın həyatda hər şeydə, ən çətin vəziyyətlərdə belə müsbət keyfiyyətləri görə bilmək xüsusiyyətini öyrəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi