Cəlil Məmmədquluzadə “Buz” əsərinin müzakirəsi

15.02.23 tarixində 6d sinfində C.Məmmədquluzadənin “Buz” əsərinin müzakirəsi keçirildi. Əsər məsuliyyətsizliklə bağlı idi. Əsərin qəhrəmanı uşaqlıq illərində etdiyi hərəkətin mənasını, öz günahını sonralar dərk edir.

O, yalnız yaşa dolduqdan sonra başa düşür ki, ağır xəstə olan xalasının halını müəyyən qədər yüngülləşdirə biləcəyi halda, laqeydlik, məsuliyyətsizlik göstərmişdir. Ona görə də hər dəfə buz görəndə xəstə xalası yadına düşür və vicdan əzabı çəkir.

Şagirdlər bu müzakirədə ona tapşırılmış işə məsuliyyətsiz yanaşan bir oğlanın başına gəlmiş əhvalatla tanış oldular. İnsan hər bir yaş dövründə öz əməlləri üçün məsuliyyəti dərk etməlidir, kömməyə ehtiyacı olan adamlara laqeyd, biganə münasibət bəsləməməlidir. Elə hərəkət etməlidir ki, sonra vicdan əzabı çəkməməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi