Pedaqoji şuranın növbəti iclası keçirildi

11.02.2023 -cü il tarixdə Pedaqoji şuranın növbəti iclası keçirildi. İclasda ilk növbədə Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Daha sonra məktəb - liseyin direktoru Elmar Həşimov iclasın gündəliyində duran məsələlərlə iclas iştirakçılarını tanış edərək 2023 - cü il Ümummilli lider Heydər Əliyev ili ilə bağlı məktəb - liseydə görüləcək işlər, respublika fənn olimpiadasının rayon turunda uğur qazanan şagirdlər, Bakı Şəhər Təhsil İdarəsi tərəfindən göndərilmiş qiymətləndirmə əsasında aparılmış monitorinqin nəticələri haqqında məlumat verdi.

 Təlim - tərbiyə işləri üzrə direktor müavini Bilqeyis Sadıqova tərəfindən 2022-2023 - cü tədris ilinin I yarımilin yekunları və BSQ - nin nəticələrinin təhlili təqdim edildi.

Təlim-tərbiyə işləri üzrə direktor müavini Məhərrəmova Reyhan ibtidai siniflərdə şagirdlərin təlim keyfiyyətlərini , iclas iştirakçılarının diqqətinə çatdırdı. 

 Tərbiyə işləri üzrə direktor müavini Fatma Əliyeva məktəbdən kənar və sinifdənxaric tədbirlərin təşkili və keçirilməsi barədə pedaqoji kollektivə məlumat verdi.

Məktəb psixoloqu S.İsmayılova  "IX sinif şagirdlərinin təmayül və peşəyönümlü siniflərə cəlb ediməsi" mövzusunda danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi