Komandamızın növbəti uğuru

     Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 08 fevral 2023-cü il tarixində 246 №-li məktəb-liseydə “Heydər Əliyev İli”nə həsr olunmuş voleybol(qızlar) turniri keçirildi.

   Gərgin və maraqlı keçən turnirdə 1-ci yeri 246 №-li məktəb-liseyin komandası , 2-ci yeri 276 №-li tam orta məktəbin komandası, 3-cü yeri 83 №-li məktəb-liseyin komandası tutdu.

     Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev, 246 №-li məktəb-liseyin direktoru Elmar Həşimov və 276 №-li tam orta məktəbin direktoru Bəhram Şiriyev iştirak etdi.

     Şagirdlərimizi və bu uğurda əməyi olan idman müəllimlərini təbrik edirik .

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi