Bullinqə son!

   Bullinq nədir?  Bu suala   bu dəfə 6-cı sinifdə təhsil alan qızlarla   cavab tapdıq. Fevralın 7-də " Bullinqə son! “ mövzusunda  keçirilən maarifləndirici seminar Təşkilatı işlər üzrə direktor müavini,məktəb psixoloqu və UBTR tərəfindən keçirildi.

     Seminarda söylənildi ki, Bullinq (ing. bullying) uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Xatırladıldı ki, Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq. Azərbaycanda və digər ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda bullinq və intihar arasında əlaqənin çoxluğu önə çəkildi.

  Bullinqin məktəb mühitində başqalarına təsir göstərmək üçün tətbiq edilən, həmyaşıdlar tərəfindən göstərilən təzyiq olduğunu buraya şifahi qısnama, fiziki təzyiq və hər hansı bir məsələ, hadisə ilə bağlı şəxsin iradəsinin ziddinə fəaliyyət daxil olduğu qeyd edildi,  bullinqə məruz qalan şəxslərin adətən, cinsi, dil, irq, din və s. kimi məsələlərdə təzyiqlə üzləşdiyi  vurğulandı.

    Eləcə də sosial və maddi durumu zəif olan, dərslərini yaxşı oxumayan, geyim tərzləri və görkəmləri xoşlanmayan və s. şagirdlərə qarşı yönələn təzyiqlərin də bullinqin səbəbləri olduğu söylənildi.

   Tədbirdə eyni zamanda mövzuya həsr olunmuş maarifləndirici videoçarx da nümayiş olundu.

   Sonda şagirdlərlə mövzuya dair müzakirələr aparıldı, bullinqə qarşı mübarizə yolları araşdırıldı, mövzu ilə bağlı slaydda verilmiş  suallar şagirdlər tərəfindən cavablandırıldı.

    Seminarın təşkil olunmasında məqsəd məktəb liseydə  sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi