Polis peşəsini qəbul edən Daxili İşlər Nazirliyinin əməkdaşı bilməlidir ki, o, sədaqətlə xidmət etməlidir!

    Hər bir şagird parta arxasında oturduqda özü üçün xoşladığı müəyyən bir peşəni seçir. Lakin öz peşəsinin sənətkarı olması  üçün  düzgün peşə seçməli  və təhsil alması gərəklidir. Bəzən şagirdlər peşə seçimində qərarsız qalırlar. Buna səbəb onların peşələr haqqında daha ətraflı məlumata sahib olmamalarıdır.

    Peşə seçimində sərbəst qərarvermə bacarıqlarını formalaşdırmaq məqsədilə Təşkilatı işlər üzrə direktor müavini,məktəb psixoloqu və UBR-in  iştirakı ilə  X-XI sinif  şagirdləri  ilə maarifləndirici görüş keçirıldı. Görüşdə şagirdlərə peşənin insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyəti olduğu bildirıldı. Cəmiyyətə faydalı olan bütün sənət və peşələrin vacibliyindən danışıldı. Həmçinin müxtəlif peşələr   haqqında  ətraflı məlumatlar verildi.

    Maarifləndirici görüşdə  şagirdlər  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına əyani təhsil üzrə  kursant  qəbul barədə məlumatlandırıldı. Daxili İşlər Nazirliyi Polis Akademiyasının 100 illik yubileyi münasibətilə hazırlanan sənədli film nümayıs olundu.

    Sonda Ümummili liderin bu peşə haqqında söylədiyi fikir şagirdlərin diqqətinə çatdırıldı:“Öz xalqına, öz millətinə, öz doğma vətəninə sədaqət andı içmiş insanın öz andını pozması çox böyük cəza tələb edir. Ona görə də bu gün hər bir polis nəfəri, Daxili İşlər Nazirliyində xidmət edən hər bir şəxs bizim Silahlı Qüvvələrimizdə olduğu kimi, anlamalıdır, dərk etməlidir ki, əgər bu peşəyə yiyələnib xidmət etmək istəyirsə, buna onun imkanı varsa, bunun üçün qabiliyyəti varsa və müvafiq dövlət orqanları bu şəxsin bu peşədə xidmət etməsini qəbul edirlərsə, o, and içirsə, bu andına daim sadiq qalmalıdır. Dövlətə sədaqət andına xəyanət etmək olmaz... Bu andı pozmaq hər kəs üçün yolverilməzdir. Sizin peşəniz bu cəhətdən elə bir peşədir ki, gərək onu şüurlu dərk edəsiniz. Bu peşəni sadəcə özünə iş tapmaq üçün yox, yaxud da qazanc əldə edib yaşamaq üçün qəbul etmək olmaz. Bu peşəni, polis peşəsini qəbul edən Daxili İşlər Nazirliyinin əməkdaşı bilməlidir ki, o, sədaqətlə xidmət etməlidir”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi