Düzgün seçilmiş  peşə gələcək uğurun zəminidir!

    Texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə zərurət kimi qarşıya qoyur. Bu inkişaf  peşə seçməli olan gənclərin seçim imkanlarının artmasına səbəb olub. Şagirdlərin  öz maraq və qabiliyyətlərini tanıması və  özünə uyğun peşəni seçməsi məqsədilə IX sinif şagirdləri ilə maarifləndirici seminar keçirildi. Təşkilatı işlər üzrə direktor müavini,məktəb psixoloqu və UBR-nin təşkilatcılığı ilə keçirilən  seminarda şagirdlərə  ixtisas və peşə seçimi prosesində biliklərinə,maraqlarına, bacarıqlarına, qabiliyyətlərinə və şəxsi keyfiyyətlərinə uyğun olaraq  seçim etmələri barədə  məlumatlar verildi.   Düzgün peşə seçiminin əsas istiqamətləri,bu  seçimdə nəzərə alınan amillər şagirdlərin diqqətinə çatdırıldı.Söylənildi ki, düzgün peşə seçmiş insan  öz yaradıcılığına meylliliyi gücləndirərək  peşəsinin mütəxəssisinə çevirir.

       İnteraktiv formatda keçən seminarda şagirdlər öz peşə seçimləri, gələcək karyera arzuları barədə də danışdılar. Onları maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi