Kiçik Akademiyanın təşkilatçılığı ilə Biologiya bölməsinin təqdimatı oldu

25.01.2023 -il tarixdə 246 nömrəli məktəb - liseydə Kiçik Akademiyanın təşkilatçılığı ilə Biologiya bölməsinin təqdimatı oldu . Təqdimatda Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri: Molekulyar Biologiya və Biotexnologiyalar institutunun elmi işçisi Nərgiz Bayramova , Fiziologiya institutunun elmi işçiləri Nərmin Bağırova, Afaq Nurullayeva , Jalə İbrahimova qonaq olaraq iştirak edirdilər.

Kiçik Akademiyanın fəal üzvlərinin Ekoloji problemlər, Anemiyada eritrositlərin morfoloji dəyişiklikləri və patoloji formaları, Nano texnologiyada nano - Gümüşün antibakterial funksiyası, Qlobal məqsədlər mövzusunda təqdimatları Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri tərəfindən ayrı - ayrılıqda dəyərləndirildi və tövsiyələr verildi. 

Təqdimatın sonunda 246 nömrəli məktəb - liseyin direktoru Elmar Həşimov təqdimatı yüksək səviyyədə dəyərləndirərək şagirdlərə tövsiyələr verdi və qonaqlara xüsusi təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi