Qan yaddaşımız -20 Yanvar

20 Yanvar faciəsini 33-cü ildönümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq ibtidai sinif müəllimləri G.Kərimova və P.Nədiyevanın təşkilatçılığı ilə "Qan yaddaşımız -20 Yanvar" adlı tədbir keçirildi. Şagirdlərin ifasında 20 Yanvar faciəsinə həsr olunan şeirlər səsləndirildi, ədəbi-bədii kompozisiya və vətənpərvərlik mövzusunda mahnılar nümayiş olundu, videoçarxlar təqdim olundu .

   Təbrirdə iştirak edən məktəb-liseyin direktoru E.Həşimov çıxış edərək faciəni əks etdirən səhnəciklərin, vətənpərvər mahnıların, şeirlərin gələcək nəslin tərbiyəsində böyük rol oynadığını xüsusi vurğuladı, bu misilsiz faciədə xalqımızın igid övladlarının Vətənin gələcəyi üçün özlərini qurban verdiklərini qeyd etdi, Azərbaycan tarixində önəmli mərhələ təşkil edən bu cür qanla yazılan tarixlərin qeyd olunmasının və yaşadılmasının əhəmiyyətini önə çəkdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi