İlk dərslər

“20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən I-IV sinif şagirdləri üçün “20 Yanvar şəhidləri”, V–IX sinif şagirdləri üçün “20 Yanvar faciəsi: səbəblər, günahkarlar, nəticələr, insan taleləri”, X–XI sinif şagirdləri üçün 20 Yanvarın bizə verdiyi vətəndaş dərsi” mövzularında dərslər keçirildi. 

     Dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Dərsləri tədris edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açdılar, 20 Yanvar hadisələrinin səbbləri,günahkarları haqqında ətraflı məlumat verdilər, 

    Şagirdlər təqdimatlarında faciəyə həsr olunmuş şeirlər söylənildi,ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.Eləcə də şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs etdilər.

 Məktəb rəhbərliyi ilk dərslərdə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi