20 Yanvar-Azadlığa gedən yolun zirvəsi

Yanvarın 18-də tarix müəllmi Ü.Ağalarovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirildi.

“Dəyirmi masa”da Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

   Sonra Ü.Ağalarova bu qanlı faciə haqqında məlumat verərək söylədi ki, 33 il öncə müstəqil dövlətçilik tariximizin acılı, lakin şərəfli günləri yaşandı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən bu hadisələrə ilk dəfə hüquqi-siyasi qiymət verildi və bu gün 20 Yanvar şəhidlərinin xatirəsi hər birimizin qəlbində əbədi yaşayır.

     Sonra şagirdlər təqdimatlarında söylədilər ki,böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Qürurla qeyd etdilər ki, məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

Tədbirdə istedadlı şagirdlərin ifasında müxtəlif dillərdə facıəyə həsr olunmuş şeirlər səsləndirildi,videoçarx nümayiş olundu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi